RU

Moskva çimərliklərinin yarısı natəmizlik üzündən bağlanıb

Yazını böyüt
Yazını kiçilt

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi Rospotrebnadzor, Moskvadakı 14 üzgüçülük zonasından yalnız 6-da suyun keyfiyyətinin kafi olduğunu açıqladı.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, çimməyə icazə verilən yerlərə Beloye gölü, Çernoye və Şkolnoye (Zelenograd), Meşerskoye, Serebryanı Bor-2 və Serebryanı Bor-3 daxildir.

Troparevo istirahət zonası pis mikrobioloji suyun keyfiyyətinə görə bağlı qalacaq.

Həmçinin Levoberejye, Dinamo çimərliyi, Qolovinski və Bolşoy Sadovı kimi ərazilər hələ də üzgüçülük üçün açılmayıb. Rospotrebnadzor qeyd edir ki, bu ərazilərdə su və qum sanitar normalara cavab vermir.

Digər tərəfdən, Qorki parkında “Pionerskiy prud” adlı yeni üzgüçülük sahəsinin açılışı planlaşdırılır. Putiayevski gölməçəsi də yaxın vaxtlarda şəhər sakinlərinin istifadəsinə veriləcək. Bundan əlavə, Moskvada üzgüçülük üçün bağlı olan 43 istirahət zonasından 39-u hazırda istifadəyə hazırdır. Yenilənmiş siyahı Rospotrebnadzor-un rəsmi saytında dərc olunub.

Избранный
11
hafta.az

1Источники