RU

6-cı "Yerli şirkətlərin tanıtım sərgisi" davam edir - FOTO

Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi" davam edir.

HİT.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən, 300-ə yaxın yerli şirkət tərəfindən tekstil, qida, İKT, təhsil, inşaat, sənaye, logistika, və digər sahələrdə məhsul və xidmətlərin nümayiş olunduğu sərgidə ziyarətçi iştirakı tamamilə ödənişsizdir.

Həmçinin, sərgi ziyarətçiləri üçün 18-21 iyun tarixlərində saat 10:00-16:30 aralığında ödənişsiz avtobus marşrutu xidmət göstərəcək.

Marşrut xətti: Koroğlu Metro Stansiyası (Heydər Əliyev prospekti, “Alov” parkı çıxışı) – Bakı Ekspo Mərkəzi

Qeydiyyat üçün bağlantı: //ebiletstore.com/.../6-ci-yerli-sirketlerin...

Sərgi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün: www.marsolexpo.az

Избранный
25
hit.az

1Источники