RU

Püşkdə "Zirə" ilə düşdülər, hazırlıq planını açıqladılar

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq "Hayduk"un yeni mövsümə hazırlıq planı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Split təmsilçisinin futbolçuları bu gün bir araya gələrək, yeni baş məşqçi Qonsalo Qarsiyanın rəhbərliyi altında ilk məşqə çıxacaqlar.

İyunun 27-dək doğma məkanda çalışacaq kollektiv daha sonra hazırlığın əsas mərhələsi üçün Sloveniyanın Bled şəhərinə yollanacaq. Bir həftəlik toplanış ərzində "Hayduk" iki yoxlama matçı keçirəcək.

İyunun 30-da rəqib Bolqarıstanın MOİK (Sofiya), iyulun 4-də isə Sloveniyanın "Radomle" klubu olacaq.

Sloveniyadan qayıtdıqdan sonra hazırlıq Splitdə daha bir neçə yoxlama oyunları ilə davam edəcək. İyulun 18-də isə "Hayduk" Avstriyanın Lints şəhərində LASK komandası ilə oyuna çıxacaq. Qalan yoldaşlıq görüşləri yaxın müddətdə açıqlanacaq.

"Zirə" ilə ilk oyun iyulun 24-də Bakıda, cavab görüşü iyulun 31-də Splitdə olacaq.

Избранный
20
2
sportinfo.az

3Источники