RU

Papa Leo: Günahsız insanlar ölür, silah istifadəsindən qaçmalıyıq

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vatikan, 20 iyun, AZƏRTAC

Günahsız insanlar ölür və biz silah istifadəsindən qaçmalıyıq. Gəlin həll yollarını tapmaq üçün birləşək.

AZƏRTAC xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo bu fikirləri İtaliyanın “Tg1 Rai” telekanalına müsahibəsində səsləndirib.

“Həqiqətən narahatedicidir. Gecə-gündüz dünyanın bir çox yerində baş verənləri izləməyə çalışıram. Bu gün insanlar daha çox Yaxın Şərqdən danışırlar, lakin təkcə ora deyil. Günahsız insanlar ölür, sülhü birlikdə axtarmalıyıq. Sülh üçün bu çağırışı yeniləmək istəyirəm. Nəyin bahasına olursa olsun, silahdan istifadə etməməyə çalışaq, diplomatik vasitələrlə dialoq axtaraq. Müharibənin həlli yollarını tapmaq üçün bir araya gələk”, - deyə pontifik qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
2
azertag.az

4Источники