RU

Ərdoğan uşaqlardan Heydər Əliyevi soruşdu, xorla cavab verdilər -

Prezident İlham Əliyev iyunun 19-u Türkiyənin Kahramanmaraş vilayətində “Azərbaycan” məhəlləsinin açılışında iştirak edib.

Açılışdan sonra Prezidentlər Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Azərbaycan və Türkiyənin dövlət başçılarını balacalar böyük sevinclə qarşılayıblar.

Sonra prezidentlər məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısını dinləyiblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan məktəbin 4-cü sinfini bitirən şagirdlərə qiymət cədvəllərini təqdim ediblər. Dövlət başçıları tərəfindən şagirdlərə, həmçinin məktəbli çantaları hədiyyə olunub.

Избранный
32
9
sportinfo.az

10Источники