Məhəmməd Hüseyn Rəncbəran: İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri bir neçə gün əvvəl İsrailin İranın xarici işlər naziri Abbas Araqçiyə sui-qəsd cəhdinin qarşısını alıblar...
Poliqon xəbər verir ki, bu barədə RİA Novosti nəşri məlumat yayıb.
O vurğulayıb ki, Araqçinin Cenevrəyə səfərindən əvvəl İsrailin nazirə sui-qəsd cəhd etməyəcəyinə əmin olmaq üçün Böyük Britaniya, Fransa və Almaniya ilə danışıqlara çağırışlar edilib.
Rəncbəran əlavə edib ki, naməlum İran əsgərlərinin təhlükəsizlik tədbirləri olmasaydı, “böyük İsrail sui-qəsdi” reallaşacaqdı.
Bundan əvvəl Araqçi İslam Respublikasının iyunun 20-də Cenevrədə üç Avropa ölkəsi ilə danışıqlar aparacağını təsdiqləyib.
Poliqon.info