RU

ABŞ kəşfiyyatı: Fordoya zərbə İranı nüvə silahı hazırlamağa təşviq edəcək

BAKI, 20 iyun. TELEQRAF

ABŞ-nin kəşfiyyat xidmətləri hesab edir ki, ABŞ İranın yeraltı Fordo nüvə obyektinə zərbələr endirərsə, Tehran nüvə silahı yaratmağa başlaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, İsrailin İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneini öldürməsi də İranı nüvə silahı yaratmağa təşviq edə bilər.

ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Tehran hələ nüvə silahı yaratmaq barədə qəti qərar qəbul etməyib.

Избранный
49
38
teleqraf.com

10Источники