RU

Keyn 450 yə, Mitroviç 100 ə çatdı

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

İngiltərə seçmə mərhələyə hələ martda başlayan yeganə nəhəng yığmadı. Bunun da səbəbi Millətlər Liqasının ötən mövsümündəki uğursuzluqdu. "Football-plus.az" xəbər verir ki, Li Karsli B liqasından A liqasına dönmək vəzifəsini uğurla həll edəndən sonra U-21-ə qayıtdı və yığma Tomas Tuxelə tapşırıldı. Almaniyalı mütəxəssis isə artıq üç qələbə qazanıb. “Üç şir” yazda Albaniyanın qapısından iki, Latviyanın qapısından üç top keçirmişdisə, qrupun əsas autsayderi Andorra cəmi bir qol buraxdı - Keyn Maduekenin asmasından yararlandı. Odu ki, ingilislərin turnir cədvəlindəki hesabına daha 3 xal əlavə edib, Tuxelin dövründə hər üç oyunda fərqlənən Keynin bəzi uğurlarını xatırladaq. Birincisi, Harri yığmalar səviyyəsində qol sayına (72) görə Miroslav Klozeni arxada qoydu. İkincisi, “Bavariya”nın ulduzu peşəkar səviyyədə qol sayını 450-yə çatdırdı.Albaniya – Serbiya oyunları, adətən, qalmaqalla müşayiət olunur. Tiranada keçirilən budəfəki qarşılaşma qolsuz bitdi. Halbuki meydan sahibləri fərqlənməyə çox yaxın idi. Ancaq Manay ilk yarının sonunda penaltini yerinə yetirərkən qapıçıya uduzdu. 2-ci hissədə serblər daha məzmunlu hücumlar qurdu. Yığmaya qayıdan Aleksandr Mitroviç az qala hesabı açacaqdı. Onun baş zərbəsindən sonra Strakoşa topu boş küncdən çıxardı. Startda qolsuz heç-heçə Draqan Stoykoviçin komandası üçün pis nəticə deyil. Qonşuların duelində qalmaqaldan qaçmaq da mümkün olmadı. Birincisi, arenada Serbiyanın ən kiçik həcmli bayrağı asılmışdı. İkincisi, tribunalar bu ölkənin himnini fitlə qarşıladı. Albaniya səfərində qonaqpərvərlik görməyən Serbiya Andorra ilə ev oyununda böyükhesablı qələbə qazandı. Yığmada 100-cü oyununu keçirən Aleksandr Mitroviç bu önəmli olayı üç qolla “yudu”. Final fitindən sonra serblər bu olayı təmtəraqlı şəkildə qeyd etdi, sanki hansısa turniri qazanmışdılar. İyunun 7-də yığmamızla heç-heçə edən Latviya Albaniya ilə oyunda da qələbə qazana bilmədi. Baltikyanı ölkənin yığması ilk yarıda ikiqat zərbə aldı. Əvvəlcə İkaunieks penaltini qola çevirə bilmədi, ardından Çernomordı “qapıların yerini səhv saldı”. Ancaq məhz o, ilk yarının uzatma dəqiqələrində komandasını məğlubiyyətdən xilas etdi.K qrupu3-cü turAndorra – İngiltərə 0:1 (0:0)Andorra: Alvares, San Nikolas, Olivera, K.Qarsiya, Llovera, Borra (Rubio, 75), Servos, Gilyen (İskierdo, 82), Babot (Vales, 75), Rodriqo (M.Qarsiya, 65), Fernandes (Lopes, 65).İngiltərə: Pikford, Ceyms, Bern, Konsa, Cons (Rays, 80), Henderson (Aleksander-Arnold, 64), Bellingem (Gibbs-Uayt, 90+1), Rocers (Qordon, 80), Palmer (Eze, 64), Madueke, Keyn.Qol: Keyn, 50.Hakim: İqor Payats (Xorvatiya).7 iyun. Barselona (İspaniya). 8872 tamaşaçı.Albaniya – Serbiya 0:0Albaniya: Strakoşa, Mitay, Cimsiti, Ayeti, Hüsay, Şehu (Ramadani, 85), Hoca (Bayrami, 63), Asllani, Lyaçi, Broya (Uzuni, 75), Manay (Daku, 62).Serbiya: Petroviç, Pavloviç, Milenkoviç, Yerakoviç, Terziç (A.Maksimoviç, 69), Lukiç, N.Maksimoviç (Nedelkoviç, 87), Jivkoviç (Qudel, 87), Samarciç (S.Mitroviç, 69), A.Mitroviç (Yoviç, 75), Vlahoviç.Manay 45+1-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).Vərəqələr: Pavloviç, 17. Cimsiti, 19. S.Mitroviç, 80 – sarı.Hakim: Davide Massa (İtaliya).7 iyun. Tirana. 20427 tamaşaçı.4-cü turSerbiya – Andorra 3:0 (2:0)Serbiya: Petroviç, Pavloviç, Milenkoviç, Stoiç (Simiç, 76), Qudel (N.Maksimoviç, 61), Terziç (S.Mitroviç, 60), Katai (Raçiç, 61), Lukiç, Jivkoviç, A.Mitroviç (Ştuliç, 83), Vlahoviç.Andorra: Alvares, San Nikolas, K.Qarsiya, Olivera, Llovera, Servos (A.Qomes, 79), M.Vales (Teyşeyra, 87), E.Vales (İskierdo, 66), Borra, Rodriqo (Martines, 66), Lopes (Fernandes, 67).Qollar: A.Mitroviç, 12 (1:0). A.Mitroviç, 24 (2:0). A.Mitroviç, 53-p. (3:0).Vərəqələr: E.Vales, 44. Raçiç, 75. İskierdo, 85 – sarı.Hakim: ƏLİYAR AĞAYEV (AZƏRBAYCAN).10 iyun. Leskovats. 7576 tamaşaçı. Latviya – Albaniya 1:1 (1:1)Latviya: Zviedris, Sıqanik, Balodis, Çernomordı, Yurkovskis, Yaunzems, Zelenkov, Savelyev (Vapne, 82), Varslavans (Tonişev, 90), İkaunieks (Daşkeviç, 75), Qutkovski (Reqja, 75).Albaniya: Strakoşa, Mitay, Kumbulla, İsmayli, Balyiu, Lyaçi (Bayrami, 69), Şehu, Asllani, Hoca (Muçi, 60), Manay (Daku, 82), Broya (Uzuni, 82). Qollar: Çernomordı, 29-öz qapısına (0:1). Çernomordı, 45+4 (1:1).İkaunieks 21-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).Vərəqələr: Sıqanik, 50. Varslavans, 69. Çernomordı, 84 – sarı.Hakim: Xəlil Umut Mələr (Türkiyə).10 iyun. Riqa. 6083 tamaşaçı.1. İngiltərə 3 3 0 0 6-0 92. Albaniya 4 1 2 1 4-3 53. Serbiya 2 1 1 0 3-0 44. Latviya 3 1 1 1 2-4 45. Andorra 4 0 0 4 0-8 06 sentyabr: Latviya – Serbiya, İngiltərə - Andorra.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
icma.az

2Источники