RU

Mbappe xəstəxananı tərk edib

"Real"ın futbolçusu Kilian Mbappe xəstəxananı tərk edib.

İdman.biz xəbər verir ki, fransalı hücumçu ABŞ-da Madrid klubunun düşərgəsinə qayıdıb.

Dünən Mbappe kəskin qastroenterit diaqnozu ilə hospitala yerləşdirilib. Onun aparılacaq müalicələrdən sonra tədricən komandanın məşqlərinə qoşulacağı bildirilib.

Qeyd edək ki, Kilian klublararası dünya çempionatında ilk turunda “Əl-Hilal”la (Səudiyyə Ərəbistanı) 1:1 hesabı ilə başa çatan oyunu soyuqdəymə üzündən buraxıb. Onun "Paçuka" ilə növbəti matçda meydana çıxacağı sual altındadır.

İdman.biz

Избранный
21
2
idman.biz

3Источники