RU

Çində daşqın təhlükəsi - 70 min sakin təxliyə edildi

BAKI, 20 iyun. TELEQRAF

Çinin cənubundakı Quandon əyalətində davam edən şiddətli yağışlar çaylarda daşqın riskini artırıb.

Teleqraf xəbər verir ki, Caoçin şəhərinin tabeliyindəki Huayci rayonunda daşqın təhlükəsi ilə əlaqədar 70 minə yaxın sakin təxliyə edilib.

Utip qasırğasının gətirdiyi aramsız yağışlar iyunun 14-dən bölgədə həyati iflic edib.

Suycian çayı üzərində yerləşən hidroloji stansiyada suyun səviyyəsi 55 metrə çatıb. Nəticədə 19 qəsəbədə əkin sahələri və yollar su altında qalıb.

Sel təhlükəsi ilə bağlı 1-ci dərəcəli xəbərdarlıq elan edilib.

Избранный
47
teleqraf.com

1Источники