RU

Xəzər vasitəsilə konteyner daşımalarının qiyməti azalır

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBMN) üzrə konteyner daşımalarının qiyməti aprel ayı ilə müqayisədə may ayında azalıb.

Axar.az “Argus” qiymət agentliyinə istinadla xəbər verir ki, daşıma şirkətləri iyun ayında da qiymətlərin orta hesabla daha 6 faiz enəcəyini ehtimal edir. Çindən Qırmızı dəniz vasitəsilə alternativ marşrut üzrə konteyner daşımalarının bərpası və sabitləşməsi fonunda tariflər artıq üçüncü aydır ki, ucuzlaşır.

Bazar iştirakçıları qeyd edirlər ki, artan rəqabət şəraitində daşıyıcılar Çinlə Avropa arasında Xəzər dənizi üzərindən keçən kombinə edilmiş marşrut üzrə daha aşağı tariflər təklif etməyə məcburdurlar.

Orta Dəhliz adı ilə tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinlə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçməklə birləşdirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
5
axar.az

6Источники