Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərb şirkətlərinin Rusiyaya qayıtması hələlik real deyil...
Poliqon xəbər verir ki, Dmitri Peskov bu barədə RT telekanalına müsahibəsində deyib.
"Hesab edirəm ki, bu, hələ real deyil. Hələlik heç bir şirkət Rusiyaya qayıtmağı planlaşdırmır", o, deyib.
Peskovun sözlərinə görə, bəzi hipotetik mülahizələr var, amma heç kim praktiki addımlar atmır.
"Aydındır ki, bunu etməyəcəklər, biz bundan irəli getməliyik", Kreml nümayəndəsi qeyd edib.
Poliqon.info