RU

Ağ Ev: Tramp iki həftə ərzində ABŞ-nin İrana zərbələr endirməsi ilə bağlı qərar verəcək

BAKI, 19 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində İrana zərbə endirib-endirməmək barədə qərar verəcək.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, dövlət başçısı hələlik İranın nüvə proqramının diplomatik həlli şanslarının olduğu qənaətindədir.

"Yaxın gələcəkdə İranla danışıqların baş tutması və ya baş tutmaması ilə bağlı ciddi ehtimal olduğunu nəzərə alaraq, mən hərəkət edib-etməmək barədə qərarı yaxın iki həftə ərzində qəbul edəcəyəm", - mətbuat katibi Trampın bəyanatını səsləndirib.

Избранный
16
6
teleqraf.com

10Источники