RU

Putin Azərbaycanla birgə bu problem həll etmək üçün tapşırıq verdi

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Rusiya Federasiyası və Azərbaycan hökumətləri Xəzər dənizinin dayazlaşması problemini həll etmək üçün birgə işləyirlər.

Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-peterburq beynəlxalq forumu çərçivəsində agentlik rəhbərləri ilə görüşündə deyib.

"Problem, şübhəsiz ki, qlobal olmasa da, çox böyükdür. Biz Aral dənizi və sairlə bağlı faciəvi nümunələri bilirik. Burada vaxtında koordinasiyalı tədbirlər görmək lazımdır. Hökumətə lazımi göstərişlər verilib. Mən bilirəm ki, Rusiya Federasiyası hökuməti Azərbaycan hökuməti ilə birlikdə bununla bağlı işləyir və variantlar axtarır. Burada əsas məsələ daimi əsasda hərəkət etməkdir”, - o bildirib.

Aygün,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
1
www.bakupost.az

2Источники