RU

ABŞ-nin Yaxın Şərqdəki təyyarə və gəmiləri yerdəyişmə etdi

BAKI, 19 iyun. TELEQRAF

İsrail-İran münaqişəsinin davam etdiyi bir zamanda ABŞ hərbi qüvvələri Yaxın Şərqdəki texnikasını qorumaq üçün bəzi addımlar atıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin iki rəsmisi CNN-ə bildirib.

Konkret olaraq, Qətərdəki ABŞ bazasında olan sığınacaqsız təyyarələrin təxliyə edildiyi, eləcə də Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin limanı tərk etdiyi bildirilir.

ABŞ Mərkəzi Komandanlığı həmçinin bölgədə əlavə qan ehtiyatları yerləşdirib. Rəsmilərin və məsələdən xəbərdar olan bir mənbənin sözlərinə görə, bu, ABŞ qüvvələrinə hücum ehtimalı olduğu hallarda standart əməliyyat proseduru hesab olunur.

Rəsmilərdən biri bu hərəkətliliyi ABŞ-nin İranın nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə, İslam Respublikasının Yaxın Şərqdəki ABŞ qoşunlarına və bazalarına qarşı cavab tədbirləri fonunda həyata keçirilən ehtiyatlı, qabaqcadan planlaşdırılmış tədbirlər kimi təsvir edib.

Qeyd edək ki, ABŞ-yə məxsus sığınacaqsız təyyarələr bu həftənin əvvəlində Qətərdəki Əl Udeyd hava bazasından çıxarılıb. Peyk görüntüləri də ərazinin boşaldıldığını göstərir.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki bazada yerləşdirilmiş gəmiləri bu həftənin əvvəlində limanı tərk edib. Gərginliyin artdığı dövrdə təyyarə və gəmilərin hara köçürüldüyü məlum deyil.

Избранный
4
teleqraf.com

1Источники