İran hökumətini devirmək İsrailin İrandakı əməliyyatının məqsədi deyil, amma nəticəsi ola bilər.
AFN.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu “Kan” dövlət televiziyasına müsahibəsində deyib.
O bildirib ki, əsas məqsəd İranın nüvə təhlükəsini aradan qaldırmaqdır. "İkincisi, Tehranın ballistik raketləri təhlükəsini aradan qaldırmaq lazımdır. Eyni zamanda, İran rejiminin qeyri-stabil olacağı da göz qabağındadır. İranda hökuməti devirmək məqsəd deyil, amma nəticə ola bilər. Bu, İran xalqının işidir", - deyə İsrailin baş naziri əlavə edib.