“Real”ın fransalı hücumçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuya kəskin qastroenterit diaqnozu qoyulub.
Mbappe komandanın Klublararası Dünya Çempionatında iyunun 22-də “Paçuka” ilə oyununu buraxacaq.