"Liverpul"da daha bir ayrılıq yaşana bilər. 

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin formasını geyinən Carell Kuansanın komandadan gedişi gündəmdədir. 22 yaşlı müdafiəçi karyerasını Almaniyanın "Bayer" (Leverkuzen) komandasında davam etdirməyə yaxındır. Futbolçu Bundesliqa klubu ilə danışıqlar aparır və digər klubların təkliflərini geri çevirib. 

Florian Virts və Frimponqun gələcəyi bəlli olduğu üçün "Bayer" və "Liverpul" klubları Kuansa üçün əlaqəyə keçib.