BAKI, 19 iyun. TELEQRAF
”Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın "Tsele" klubu futbolçusu Alyoşa Matkonu satıb.
Teleqraf verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Eyniadlı şəhərinin təmsilçisi 25 yaşlı hücumçunun Macarıstanın “Uypeşt” komandasına keçdiyini açıqlayıb.
Alyoşa Matko 2022-ci ildən "Tsele"də çıxış edirdi. O, meydana çıxdığı 122 oyunda 51 qol və 16 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, "Sabah" “Tsele”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.