RU

Mbappe hospitala yerləşdirildi

“Real”ın hücumçusu Kilian Mbappe ABŞ-da hospitala yerləşdirilib. Msport.az xəbər verir ki, Madrid klubunun rəsmi saytı bu barədə məlumat yayıb.

“Bizim futbolçumuz Kilian Mbappe kəskin qastroenteritdən əziyyət çəkirdi. Bu səbəbdən də analizlərin verilməsi və müalicə alması üçün hospitala yerləşdirldi”.

Qeyd edək ki, fransalı hücumçu ağrıları səbəbindən klublararsı dünya çempionatının 1-ci turunda “Əl Hilal”la oyunda meydana çıxa bilməmişdi. Matç 1:1 hesabı ilə heç-heçə başa çatmışdı.

 

 

Избранный
16
msport.az

1Источники