RU

Rusiya rekord sayda təyyarə istehsal edəcək

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, BTK-nin rəhbəri Vadim Badexa Rusiya mətbuatına müsahibəsində belə deyib. “Bu il istehsal edilən təyyarələrin sayına görə rekorda sahib olacağıq - 30%-dən çox artım gözləyirik. Ötən il də rekord göstərici olub. Əsas artım hərbi texnikanın hesabınadır”, - Badexa deyib. Mülki aviasiyaya gəlincə, BTK-nin rəhbəri bildirib ki, bu seqmentdə artım daha sonra gözlənilir. Hazırda şirkət son sınaqdan keçən MS-21, SJ-100 və İl-114-300 təyyarələri üçün sertifikatların alınması prosesindədir. - Onların hamısı həlledici mərhələdədir və paralel olaraq seriya istehsalına hazırlıq gedir”, - Badexca bildirib. Bununla belə, rekord barədə iddialar mübahisəli təsir bağışlayır. Çünki Krımın ilhaqından və xüsusən də genişmiqyaslı müharibənin başlamasından sonra tətbiq edilən sanksiyalara görə Rusiyanın aviasiya sənayesi güclü təzyiq altındadır. Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin (STTM) məlumatına görə, əgər 2014-cü ildə Rusiya Silahlı qüvvələri 101 yeni təyyarə almışdılarsa, 2021-ci ilə qədər bu rəqəm 21-ə düşüb. 2022-ci ildən sonra mülki təyyarələrin istehsalı planları pozulub: 2023-cü ildə BTK planlaşdırdığı 108 təyyarədən yalnız 7-ni inşa edə bilib. Hərbi aviasiyada vəziyyət bir qədər yaxşı olub. Qərb analitiklərinin fikrincə, Rusiya 2024-cü ildə Su-57 modelləri də daxil olmaqla bir neçə onluq miqdarında döyüş təyyarələri istehsal edib. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
azvision.az

1Источники