
Süni intellekt, yeni bacarıqlar və gələcəyin işçi qüvvəsinin formalaşdırılması ilə bağlı çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəhbəri Fariz Cəfərov 4SİM-in fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, qurum tərəfindən həyata keçirilən layihələr gənclər üçün beynəlxalq forumlarda ən son trendləri və innovasiyaları öyrənmək imkanı yaradır. Eyni zamanda, 4SİM Dünya İqtisadi Forumunun qlobal 4Sİ şəbəkəsinin bir hissəsi olaraq, gələcəyin texnologiyalarını və ictimai siyasətini formalaşdırmağa həsr olunmuş 22 mərkəzdən biridir. 4SİM insan kapitalının inkişafını dəstəkləyən təşəbbüslər irəli sürür və texnoloji biliklərin artırılması, təqdimat hazırlığı kimi sahələrdə təlimlər təşkil edərək gənc mütəxəssislərin yetişdirilməsinə dəstək verir. Baku ID festivalında investorlar, startaplar və qonaqları yeni tərəfdaşlıqlar üçün geniş imkanlar, dinamik şəbəkələşmə mühiti və real əməkdaşlıqların qurulduğu məhsuldar görüşlər gözləyir. Tədbirdə 32-dən artıq yerli və xarici investor, 75-dən artıq yerli və beynəlxalq startap, 4000-dən artıq iştirakçı və 21-dən artıq tərəfdaş yer alır. Baku ID festivalının ən diqqətçəkən hissələrindən biri startap müsabiqələridir. Bu müsabiqələr, regionun ən perspektivli və yenilikçi layihələrini ortaya qoymaqla yanaşı, gənc sahibkarlar üçün qlobal investorlarla əlaqə qurmaq və öz ideyalarını reallaşdırmaq üçün mühüm imkanlar yaradır. Tədbir həmçinin istedadlı tələbələr üçün də əhəmiyyətli imkanlar yaradır. “University Demo Day” çərçivəsində onlar innovativ layihələrini təqdim edərək investorlarla tanış olmaq imkanı, eyni zamanda ABB Tech Academy tərəfindən təqdim olunan təqaüdləri qazanmaq şansı əldə edəcəklər. Qeyd edək ki, Baku ID 2025 tədbiri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM kimi aparıcı qurumların tərəfdaşlığı ilə keçirilir. Bu dəstək sayəsində Baku ID artıq yalnız regional deyil, habelə beynəlxalq miqyasda tanınan innovasiya arenasına çevrilməkdədir. Tədbirlə bağlı ən son yeniliklərdən xəbərdar olmaq və festivalın gedişatını izləmək üçün rəsmi vebsayt olan www.bakuid.com, həmçinin Baku ID-nin sosial media kanalları - Instagram, Linkedin və Facebook izləməyi unutmayın. Reklam hüququnda
