Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiya iqtisadiyyatı ilə bağlı danışıb.
O bildirib ki, iş dünyasının vəziyyətinə və onun göstəricilərinə nəzər saldıqda, Rusiyanın tənəzzül ərəfəsində olduğunu demək olar.
“Cebheinfo.az” xəbər verir ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən “İqtisadiyyat üzrə tövsiyələr” adlı paneldə çıxış edib. Rusiya iqtisadiyyatının birinci rübdə güclü performans göstərməsinə baxmayaraq, investisiyaların artımının yavaşladığını qeyd edən Reşetnikov deyib:
"Biz hazırkı faiz dərəcələrinin təkcə kreditlərlə yeni layihələrə girməyə deyil, həm də vəsait yatırmağa ciddi şəkildə mane olduğunu görürük". Reşetnikov Rusiya iqtisadiyyatının mövcud vəziyyəti ilə bağlı bildirib:
"İş dünyasının hazırkı durumuna və göstəricilərinə baxdıqda, mənə elə gəlir ki, tənəzzülə girmək ərəfəsindəyik".