RU

İsraildən Xamenei açıqlaması: Sağ qala bilməz

İsrailin müdafiə naziri İsrael Kats İranın ali dini lideri Ayətullah Əli Xamenei barəsində açıqlama verib.

Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.

Məlumata görə, Kats Xameneini “müasir Hitler” adlandırıb:

“İran kimi bir ölkəyə rəhbərlik edən və İsrail dövlətini məhv etmək məqsədini elan edən Xamenei kimi bir diktatorun mövcudluğuna icazə verilməməlidir. Mən bunu dəhşətli Holokost ilə müqayisə edirəm. Əgər həmin vaxt İsrail Dövləti və Müdafiə Qüvvələri mövcud olsaydı, yəhudi xalqının düşməni Hitleri tutmaq üçün qüvvələrimizi bunkerə göndərərdik”.

Избранный
24
50
publika.az

10Источники