RU

Bu ölkələr İrandakı səfirliklərini müvəqqəti Azərbaycana köçürdü - Yenilənib

Macarıstan İrandakı Səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.

“Qafqazinfo” “Daily news Hungary” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlayıb.

Onun sözlərinə görə, İranda olan və yardım tələb edən bütün macarıstanlıların Azərbaycana keçirilməsi təmin edilib.

Siyarto qeyd edib ki, bunun ardınca Tehrandakı səfirlikdə fəaliyyət göstərən diplomatlara ölkəni tərk etməklə bağlı göstəriş verib:

“Səfirlik əməkdaşları və onların ailələrindən ibarət ümumilikdə 15 nəfərin Azərbaycana keçidi təmin edilib və səfirliyin işini müvəqqəti olaraq orada icra edəcəklər”.

***

Bolqarıstan da İrandakı səfirliyinin əməkdaşlarını Azərbaycana təxliyə edib.

Bu barədə məlumatı Bolqarıstanın Baş naziri Rossen Jelyazkov açıqlayıb. 

Onun sözlərinə görə, ümumilikdə İrandan 17 ölkə vətəndaşı təxliyə edilib ki, onların da 12 nəfəri səfirlik əməkdaşları və onların ailə üzvləridir. 

Jelyazkov vurğulayıb ki, Tehrandakı səfirlik bağlanmayıb, sadəcə təhlükə sovuşana qədər müvəqqəti olaraq Bakıya köçürülüb.

Избранный
7
15
qafqazinfo.az

10Источники