RU

Bakıda Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb

Bakı.Trend:

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuralarısədrlərinin 3-cü iclası təşkil olunub.

Trend xəbərverir ki, iclasda çıxış edən Azərbaycan Respublikası AliMəhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildiribki, bugünkü toplantı təcrübə və fikir mübadiləsi üçün əhəmiyyətlibir platformadır. Türk dövlətlərini birləşdirən dərin tarixi köklərvə ortaq hüquq-mədəni irsin bu gün də əməkdaşlığın möhkəm təməlinitəşkil etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərədair siyasəti dostluq, qarşılıqlı hörmət və əməkdaşlığın inkişafetdirilməsinə yönəlib. Türk dünyası ilə münasibətlərinformalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub, buəlaqələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinrəhbərliyi ilə daha da genişləndirilib. Bildirilib ki, bu siyasətintərkib hissəsi olaraq, məhkəmə-hüquq sahəsində də təcrübəmübadiləsi aparılır, ortaq hüquqi layihələr və təşəbbüslərdəstəklənir.

Məhkəmə-Hüquq Şurasının ötən müddət ərzində beynəlxalqəməkdaşlıq sahəsində mühüm nailiyyətlər əldə etdiyi qeyd olunub. Bukontekstdə bugünkü toplantı çərçivəsində imzalanması nəzərdətutulan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə ŞuralarıŞəbəkəsinin yaradılması haqqında Əsasnamənin tərəfdaş dövlətlərarasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığınhüquqi bazasını formalaşdıracağı vurğulanıb.

Sonra çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevbildirib ki, hazırda Təşkilatla müşahidəçi dövlətlər arasında35-dən çox sahə üzrə səmərəli əməkdaşlıq mövcuddur və bu sahələrdənbiri hüquq-mühafizə və məhkəmə sistemidir. Diqqətə çatdırılıb ki,təşkilatın gündəmində hüquqi əməkdaşlıq sahəsi əsas yer tutur. TDTyaranandan indiyədək məhkəmə hakimiyyəti ilə bağlı davamlı uğurlarəldə olunub.

Qırğız Respublikasının Hakimlər Şurasının sədri AidaSeidakmatova çıxış edərək bildirib ki, ölkələr arasında qarşılıqlıəməkdaşlıq inkişaf etdirilməli və qarşılıqlı təcrübə mübadiləsidaha da genişləndirilməlidir. Qeyd edilib ki, bu gün imzalanacaqƏsasnamə əməkdaşlıq üçün yeni üfüqlər açır, hüquqi təcrübələrinmübadiləsi üçün imkanlar yaradır. Həmçinin, sənədin hüququntətbiqi, hüquq sisteminin inkişafı baxımından mühüm olduğuvurğulanıb.

Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədrivəzifəsini icra edən Fuzuli Aydoğdu qeyd edib ki, TDT-nin MəhkəməŞuraları Şəbəkəsinin yaradılması yalnız bir sənədin imzalanmasıdeyil, həm də ortaq hüquqi baxışın, qardaşlıq üzərində qurulmuşəməkdaşlığın və uzunmüddətli ədalət anlayışının təsdiqidir.Bildirilib ki, TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları ŞəbəkəsininƏsasnaməsi institutlar arasında kommunikasiya və müzakirəplatforması olacaq, ortaq problemlərə birgə həll yolları tapmaqüçün faydalı bir mexanizm rolunu oynayacaq. Eyni zamanda, məhkəməsisteminin şəffaflığı və müstəqilliyi kimi beynəlxalq prinsipləringücləndirilməsi, Türk dünyasında ədalət platformalarının qlobalsəviyyədə tanınmasına xidmət edəcək.

Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri KholmuminYodgorov qeyd edib ki, TDT çərçivəsində dialoq və əməkdaşlığıninkişaf etdirilməsi baxımından mühüm addımlar atılıb. Bu kimiproqramlar qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə şərait yaradırvə gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Diqqətəçatdırılıb ki, bugünkü toplantı çərçivəsində imzalanacaq Əsasnamədə məhz bu əməkdaşlığın genişlənməsinə imkan yaradacaq, dahaeffektiv işlərin görülməsi üçün əsas təmin edəcək.

Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü YernarBegaliyev isə çıxışında ölkəsində məhkəmə sahəsinə xüsusi diqqətyetirildiyini bildirib. Qeyd edilib ki, TDT arasında effektivəməkdaşlığın mövcud olması yaxşı haldır. Bu gün imzalanacaqƏsasnamə üzv dövlətlər arasında yeni əməkdaşlığın yaranmasına, eynizamanda məhkəmə sisteminin təşəkkül tapmasına təkan verəcək.

Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və AliMəhkəməsinin sədri Bertan Özerdağ çıxış edərək qeyd edib ki,TDT-nin son illər ərzində keçirilən iclasları ortaq keçmişə sahibolan dövlətlərin bir-birini daha yaxşı tanıması və əməkdaşlıqlaradəstək baxımından mühüm əhəmiyyət kəsb edir. Şimali Kipr TürkRespublikası belə tədbirlərə böyük əhəmiyyət verməkdədir. Buiclasların hüquq sahəsində dostluq əlaqələrinin təkmilləşməsinə dətöhfə verəcəyi vurğulanıb.

Sonda Təşkilata üzv ölkələrin Məhkəmə Şuraları ŞəbəkəsininƏsasnaməsi imzalanıb.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuralarısədrlərinin 4-cü iclasının Özbəkistanın Səmərqənd şəhərindəkeçirilməsi barədə qərar qəbul edilib.

Daha sonra iclas çərçivəsində ikitərəfli görüşlər keçirilib,məhkəmə-hüquq sahəsində qarşılıqlı əlaqələr və əməkdaşlıqperspektivləri müzakirə olunub.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Избранный
2
5
az.trend.az

6Источники