RU

Azərbaycanda işləmiş məşqçi Rusiyada ən yaxşı seçildi

Rusiya Premyer Liqası azarkeşlərin versiyasına görə 2024/25 mövsümünün ən yaxşı baş məşqçisinin adını açıqlayıb.

Publika.az xəbər verir ki, çempionatın rəsmi saytında keçirilən səsvermədə qalib "Krasnodar"ın baş məşqçisi Murad Musayev olub. İkinci yeri Moskva ÇSKA-sından Marko Nikoliç, üçüncü yeri isə "Akron" klubundan Zaurbek Tedeyev tutub.

Qeyd edək ki, başa çatan mövsümdə Murad Musayevin rəhbərliyi altında "Krasnodar" tarixində ilk dəfə Rusiya çempionu olub.

Xatırladaq ki, 42 yaşlı mütəxəssis "buğalar"dan öncə Azərbaycanda - "Sabah" klubunda çalışıb.

Избранный
25
publika.az

1Источники