RU

Sabah Bakıda və bölgələrdə hava yağmursuz olacaq

İyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Gecə temperatur 19-22°, gündüz isə 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm-ə düşəcək, nisbi rütubət 60-75% arasında dəyişəcək.

Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında dağlıq ərazilərdə zəif duman müşahidə oluna bilər. Havanın temperaturu gündüz 30-35°, gecə 18-23° isti olacaq. Dağlarda isə gecə 5-10°, gündüz 13-18° isti olacağı bildirilir.

Избранный
19
49
anews.az

10Источники