RU

“Ulduz”un iyun sayı dərc olunub

ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.

“Ulduz” jurnalının iyun sayı işıq üzü görüb. “Yeni nəsil: poeziya” adlı xüsusi nömrə  “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb. 

İyun sayında tanınmış gənc şairlərdən 12 imza - Aqşin Evrən, Cavid Qasımov, El Roman, Malik Atilay, Nadir Yalçın, Rəvan Cavid, Rauf Ra, Rəşad Nağı Mustafa, Ramil Əhməd, Səttar Temuçin, Ulucay Akif, Ülvi Bahadırın şeirləri yer alıb. 

“Dərgidə sərgi”də rəsm əsərləri ilə Aida İbrahimovadır. Gələn ay isə oxucular bu silsilədən “Yeni nəsil: tənqid”lə görüşəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
8
yeniazerbaycan.com

9Источники