RU

ABŞ kəşfiyyatı: İran nüvə silahı istiqamətində heç bir fəaliyyət göstərmir

BAKI, 19 iyun. TELEQRAF

ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin senatorlara verdikləri məlumatda İranın nüvə silahı hazırlamaq istiqamətində heç bir fəaliyyət göstərmədiyini bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Senatın Kəşfiyyat komitəsinin sədr müavini Mark Uorner İsrailin İrana hücumundan sonra senatorlara təqdim olunan məlumatlarda İranın nüvə silahı yaratmaq cəhdinə dair heç bir sübutun olmadığını bildirib.

Uorner ABŞ Prezidenti Donald Trampın məsələyə münasibətini də tənqid edib: "Belə çıxır ki, Prezident faktiki olaraq kəşfiyyat məlumatlarını rədd edir. Mən Kəşfiyyat komitəsinin sədr müavini olsam da, ABŞ-nin bu mövzuda siyasətini anlamaqda çətinlik çəkirəm. Əgər mən bilmirsəmsə, amerikalılar necə biləcəklər?"

Qeyd edək ki, Tramp İranın nüvə silahı ilə bağlı mövqeyini iyunun 17-də belə ifadə etmişdi: “Mən bu barədə maraqlanmamışam, ancaq məncə, İran nüvə silahı yaratmağa çox yaxındır".

Избранный
5
2
teleqraf.com

3Источники