RU

İnsan bu iki yaşda daha tez qocalır

İnsan orqanizminin qocalması bərabər templə baş vermir. Stanford Universitetinin alimlərinin rəhbərliyi ilə aparılmış beynəlxalq araşdırma göstərib ki, həyatın müəyyən dövrlərində orqanizmdə kəskin molekulyar dəyişikliklər baş verir.

Bu barədə News24.az xarici mediaya istinadən məlumat verir.

Qıcalmanın iki əsas zirvə nöqtəsi

Araşdırmalar nəticəsində məlum olub ki, iki yaş dövrü xüsusilə sürətli orqanizm dəyişiklikləri ilə xarakterizə olunur:

Birinci zirvə - orta yaş dövrü, təxminən 44 yaş

İkinci zirvə - yaşlılıq dövrünün başlanğıcı, təxminən 60 yaş

Hər dövrdə nələr dəyişir?

40 yaşların ortası: Bu dövrdə lipid (yağ) mübadiləsi, kofein və alkoqolun işlənməsi, eləcə də ürək, dəri və əzələ sistemlərində ciddi dəyişikliklər baş verir.

60 yaşın əvvəlləri: Bu mərhələdə karbohidrat mübadiləsi, böyrəklərin funksiyası və immun tənzimləməsi kəskin dəyişikliklərə uğrayır.

Niyə bu məlumatlar vacibdir?

Bu nəticələr izah edir ki, bir çox yaşla bağlı xəstəliklər, o cümlədən Alzheimer xəstəliyi və ürək-damar problemləri birdən-birə riskə çevrilir, tədrici yox, kəskin artan dinamikaya malik olur. Alimlər vurğulayır ki, nəticələr 25–70 yaş arası məhdud seçmə üzərində aparıldığından, daha geniş miqyasda araşdırmalar tələb olunur.

Alzheimer xəstəliyi yalnız beyin qocalmasından qaynaqlanmaya bilər

Əlavə olaraq qeyd edək ki, son illər Alzheimer xəstəliyinin səbəbləri ilə bağlı nəzəriyyələr dəyişməkdədir. Luizvill Universitetindən mikrobioloq Yan Potempa və onun komandası müəyyən edib ki, ağız boşluğunda başlayan infeksiya beyinə keçərək beta-amiloid (Aβ) adlı zərərli zülalın istehsalını stimullaşdıra bilər.

Bu isə Alzheimerin infeksion mənşəli olması ehtimalını gündəmə gətirir və gələcəkdə profilaktika və müalicə üsullarını dəyişə bilər.

\\Lent.az

Избранный
2
1
news24.az

2Источники