RU

Ukrayna - Azərbaycan oyununun stadionu açıqlandı

BAKI. 19 iyun. TELEQRAF

Ukrayna və Azərbaycan milli komandaları arasında 2026-cı il dünya çempionatının seçmə oyununun keçiriləcəyi stadion açıqlanıb.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Polşanın Vrotslav şəhərindəki "Tarçinski Arena"da təşkil olunacaq.

Oktyabrın 13-də baş tutacaq D qrupunun IV tur qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, "Tarçinski Arena" 2011-ci ildə istifadəyə verilib. AVRO-2012-nin 3 oyununa ev sahibliyi etmiş stadion 42 771 tamaşaçı tutumuna malikdir.

Ukrayna millisi Rusiya ilə müharibə səbəbindən rəqiblərini öz ölkəsində qəbul edə bilmir.

Избранный
5
1
teleqraf.com

2Источники