RU

Şəhidimiz mayor Rahib Babayevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Rahib Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olub.

QHT.az xəbər verir ki, orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərib, "Canavar" postunun alınmasında iştirak edib və sentyabrın 30-da qəhrəmancasına şəhid olub.

Rahib Babayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Избранный
4
qht.az

1Источники