RU

Ermənistanda “Karapetyan işi” – “Taşir”in restoranları bir-bir bağlanır

Ermənistanda son iki gündə “Taşir Pizza” şəbəkəsinin 6 qida xidməti məntəqəsinin fəaliyyəti bu müəssisələrin sanitar normalara cavab verməməsi səbəbi ilə dayandırılıb. Onlardan beşi İrəvanda, biri isə Vanadzorda yerləşir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bir gün əvvəl şirkətin Taşir şəhərindəki süd məhsulları istehsalı müəssisəsinin fəaliyyəti də dayandırılıb.

Qida Təhlükəsizliyi Müfəttişliyinin qərarları “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın cinayət təqibi və həbsi fonunda verilir. Bir gün əvvəl İrəvan məhkəməsi biznesmeni iki ay müddətinə həbs edib.

“Taşir” Ermənistanın müxtəlif şəhərlərində 36 müəssisəsi olan böyük pizza şəbəkəsidir. 2024-cü ildə 2,2 milyon dollardan bir qədər çox vergi ödəyib.

Избранный
13
publika.az

1Источники