RU

“Fənərbağça”nın prezidenti Ali Koç "Qarabağ" klubunun rəsmiləri ilə görüşüb

"Qarabağ" klubunun baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, eləcə də İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan "Fənərbağça" İdman Klubunun prezidenti Ali Koçla görüşüblər.

90deqiqe.Az xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar.

Sonda Ali Koça Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

Избранный
6
27
90deqiqe.az

10Источники