RU

Azərbaycandan çıxan valyutanın həcmi, daxil olan valyutanın həcmini üstələyib - KƏSİR YARANIB

Bu ilin 1-ci rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 413 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balansında 116 milyon dollar profisit olmuşdu.

Bu barədə Marja.az Azərbaycan Mərkəzi Bankının açıqladığı "2025-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyə balansı"na istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci ilin 1-ci rübü üzrə Azərbaycan iqtisadiyyatı üçün xarici mühit əlverişli olmuşdur. Bu dövrdə tədiyə balansının cari əməliyyatlar hesabında 1.1 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında isə 1.2 mlrd.$-lıq kəsir yaranmışdır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi 0.4 mlrd.$ azalmışdır. Bununla belə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 2.5 mlrd.$ artaraq 73.5 mlrd.$-a çatmışdır. Bu dövrdə xam neftin orta qiyməti 74.2 $/barel olmuşdur. 

2025-ci ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti 1.1 mlrd.$ və ya ÜDM-in 6.5%- ni təşkil etmişdir (2024-cü ilin I rübü üzrə 1.7 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 6.8% artaraq 3.9 mlrd.$, qeyrineft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 43.9% artaraq 2.8 mlrd.$ məbləğində olmuşdur.

TƏDİYƏ BALANSI NƏDİR?

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.

Избранный
17
marja.az

1Источники