RU

“DOST to DOST” layihəsi üzrə könüllülər üçün keçirilən təlim proqramı yekunlaşıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DövlətƏməkMüfəttişliyi Xidməti və Nazirliyin tabeliyindəki DOST Agentliyininbirgə həyata keçirdiyi “DOST to DOST” layihəsiçərçivəsində “Əməkmünasibətləri” adlı təlim proqramının bağlanışmərasiminə həsrolunmuş “Əmək münasibətləri: yeni dövrüntələbləri” adlı tədbirtəşkil olunub.

Trend xəbərverir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirininmüavini Rəşad Mustafayev aparılan sosial islahatların əməkmünasibətləri sahəsini də əhatə etdiyini vurğulayıb.

O, əmək qanunvericiliyininmütərəqqi beynəlxalq təcrübə əsasındatəkmilləşdirilməsi, əməkvə məşğulluq sahələri üzrə xidmətlərinrəqəmsallaşdırılmasıistiqamətində son illər atılan addımları qeydedib.

Nazir müavini “DOST to DOST” layihəsi çərçivəsində təşkilolunmuştəlim proqramının gənclərin əmək münasibətləri iləbağlımaarifləndirilməsində əhəmiyyətini vurğulayıb,layihəniniştirakçılarına uğurlar arzulayıb.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi VəliQuliyev əmək hüquqlarının müdafiəsi, təhlükəsiz və sağlamişşəraitinin təmin olunması, rəqəmsal islahatlarıntətbiqiistiqamətində maarifləndirici tədbirlərin əhəmiyyətinidiqqətəçatdırıb.

O, əmək münasibətləri sahəsində innovativ təşəbbüslərdənbiri kimiyaradılan “Əmək və Məşğulluq” altsisteminin üstünlükləriniqeydedib. Xidmət rəisi “DOST to DOST” layihəsinin gənclərinəməkmünasibətləri sahəsində maariflənməsinə yönəlmiş uğurluplatformaolduğunu vurğulayıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOSTkönüllüsü olmaq üçün ötən dövrdə 150 mindən çoxmüraciətin qeydəalındığını, 6500 nəfərin könüllü kimi müxtəlifDOST mərkəzlərindəfəaliyyətə cəlb edildiyini qeyd edib. “DOST to DOST” layihəsininkönüllü gənclərin əmək hüquqları kimi mühümbir sahə ilə bağlıməlumatlılığının artırılmasına da töhfəsiniverdiyini qeyd edib.

Tədbirdə IDEATHON müsabiqəsinin 5 könüllü komandasıtəqdimatla çıxışedib və qalib komanda seçilib. Qeyd edək ki, IDEATHON – mövzuətrafında yaradıcı həll yollarının təqdimatformatında nümayişi olanbu müsabiqə gənclərin əməkmünasibətləri üzrə innovativdüşüncələrini ortaya qoymaqbaxımından xüsusi əhəmiyyət daşıyıb.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzininbenefisiarlarınıntəqdim etdiyi musiqi nömrələrindən sonra könüllügənc təlimproqramında iştirakı ilə bağlı təəssüratlarını bölüşüb.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Bundanəlavə birgə əməkdaşlığa görə DOST Agentliyinin nümayəndələrinə,tədbirin təşkilində verdiyi dəstəyə görə DOST İnklüziv İnkişaf vəYaradıcılıq Mərkəzinin əməkdaşlarına, təlimlərdə təlimçi qismindəfəal iştiraklarına görə isə Dövlət Əmək Müfəttişliyi Xidmətininəməkdaşlarına təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, proqram çərçivəsində DOST könüllülərinə"Məzuniyyəthüququ və onun təmin edilməsi", "Əməkmünasibətləri sahəsindərisklərin idarə edilməsi”, “Uşaqların əməkhüquqları”, “Əməyinmühafizəsi nədir və nə üçün lazımlıdır?" mövzularında interaktivtəlimlər keçirilib.

“DOST
“DOST
“DOST
Məqalədə:
Избранный
18
4
az.trend.az

5Источники