RU

"Cari əməliyyatlar balansında neft-qaz sektoru profisitlə, qeyri-neft sektoru isə kəsirlə çıxış edib"

2025-ci ilin birinci rübündə Azərbaycanın cari əməliyyatlar balansında neft-qaz sektoru üzrə 3,8 milyard ABŞ dolları həcmində profisit, qeyri-neft-qaz sektoru üzrə isə 2,7 milyard dollar həcmində kəsir formalaşıb.

FED.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov qurumun bu gün keçirdiyi brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, cari əməliyyatlar balansının ümumi profisitinin azalması əsasən iki amillə bağlıdır: xidmətlər balansındakı kəsirin artması və ilkin gəlirlər balansının kəsirinin artması.

Избранный
29
fed.az

1Источники