RU

İsrail Kremlə İrandakı rus alimlərini təhlükə yaratmayacağına söz verir

İsrail Rusiyaya söz verib ki, İranın Buşəhrdə bölgəsində olan rus alimləri hücum təhlükəsi altında olmayacaq. Rusiya mediası xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxış edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.


O, həmçinin qeyd edib ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin İsraillə Buşəhrdəki rusiyalı mütəxəssislərin hücum təhlükəsi altında olmayacağına dair anlaşma olduğunu xatırladıb.


Peskov həmçinin bildirib ki, hazırda Rusiya İranla tərəfdaşlıq münasibətlərini və İsraillə olduqcabərabər, etibarlı münasibətləri saxlayır.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Избранный
14
news365.az

1Источники