İsrailin idman naziri Miki Zohar İranın Beerşevadakı Soroka xəstəxanasına raket hücumuna sərt reaksiya verib.
Operativ Media xəbər verir ki, bu haqda "Daily Ummah" məlumat yayıb.
“Yalnız yer üzündəki ən alçaq insanlar xəstəxana çarpayısında yatan mülki şəxslərə raket ata bilər”, - deyə o bildirib.
Nazirin bu açıqlaması İranın mülki vətəndaşları hədəf alması ilə bağlı beynəlxalq tənqidlərin artdığı bir vaxta təsadüf edib.