ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli İtaliyanın "Roma" klubuna qarşı oyunda meydana çıxacaq. Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçunun anlaşdığı Almaniyanın "Kayzerslautern" komandası A Seriyası təmsilçisi ilə yoxlama oyununda üz-üzə gələcək. Qarşılaşma iyulun 26-da Almaniyadakı "Fritz-Valter" stadionunda keçiriləcək. Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"lə 3 illik anlaşma əldə edib. Keçidin tezliklə rəsmi olaraq açıqlanacağı gözlənilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.