RU

İdman tarixində rekord sövdələşmə: Leykers 10 milyard dollara satılır

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) ən məşhur klublarından biri olan "Los-Anceles Leykers"in nəzarət paketi rekord məbləğə - 10 milyard dollara satılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "ESPN" telekanalı məlumat yayıb.

Bildirilir ki, alıcı - "TWG Global" holdinq şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Mark Uolter olacaq. Hazırkı sahiblər olan Bass ailəsi müəyyən müddət ərzində klubda minimal payı (təxminən 15%) saxlayacaq; Cimmi Bass satışdan sonra "Leykers"in baş meneceri vəzifəsində qalacaq.

Bu, idman tarixində ən bahalı müqavilə olacaq.

Qeyd edək ki, "Leykers" klubu 1979-cu ildən Bass ailəsinə məxsusdur. Bu müddətdə komanda 11 dəfə NBA çempionu olub, ümumilikdə isə 17 çempionluğa sahibdir.

Mark Uolter 2021-ci ildən "Leykers"in səhmdarlarından biridir. O, "TWG Global" vasitəsilə, həmçinin "Los-Anceles Dodcers" (MLB), "Los-Anceles Sparks" (WNBA), "Çelsi" (İngiltərə Premyer Liqası) və bir sıra "Formula-1" komandalarında da pay sahibidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
oxu.az

1Источники