RU

İsveç səhiyyə sahəsində növbələrin azaldılması üçün əməliyyatlara əlavə vəsait ayırır

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Stokholm, 19 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökuməti səhiyyə sahəsində növbələri azaltmaq üçün əməliyyatların sayını artırmaq məqsədilə 507,5 milyon İsveç kronu (təxminən 47 milyon dollar) məbləğində əlavə maliyyə vəsaiti ayırır.

AZƏRTAC xəbər verir ki, vəsait bud-çanaq çıxığının bərpası, katarakt müalicəsi kimi əməliyyatlara sərf olunacaq.

Daha əvvəl, yanvar ayında bu məqsədlərə 500 milyon kron (təxminən 46 milyon dollar) ayrılmışdı, lakin İsveçin səhiyyə naziri Ako Ankarberq Yohansson əməliyyatların sayında nəzərəçarpacaq artım olmadığını bildirmişdi. Buna görə də hökumət dəstəyi daha da artırmaq qərarına gəlib.

2025-ci ilin ilk dörd ayında katarakt əməliyyatlarının sayı əvvəlki ilə nisbətən 1 faiz azalıb, bud-çanaq çıxıntısının bərpası və omba dəyişdirmə əməliyyatları isə müvafiq olaraq 16 və 11 faiz artıb.

Nazir onu da vurğulayıb ki, əgər bu addım cərrahi aktivliyin artmasına kömək edərsə, regionlar özəl klinikaların resurslarından istifadə edə bilər və bunu etməlidir. Vəsaitlər yalnız faktiki həyata keçirilən əməliyyatlara görə ödəniləcək.

Əgər rayonlar ayrılan vəsaitdən istifadə edə bilməsə, yerdə qalan məbləğ dövlət büdcəsinə qaytarılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
azertag.az

2Источники