RU

Fahrettin Altun: Kahramanmaraşda 250 mininci mənzilin açarları sahiblərinə təqdim olunacaq

BAKI, 19 iyun. TEl

"Xalqımızın yaralarını sürətlə sarmaq məqsədilə həyata keçirilən böyük təbii fəlakətə qarşı mənzil səfərbərliyi çərçivəsində bu gün Kahramanmaraşda 250 mininci mənzilin açarları hüquqi sahiblərinə təqdim olunur".

Teleqraf xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun məlumat verib.

"206.097 mənzil, 4.838 iş yeri, 39.701 kənd evi. Ümumilikdə 250.636 yeni yaşayış və iş yeri...Əsrin fəlakətindən sonra Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və xalq bir araya gələrək zəlzələ bölgəsində həyatı yenidən qurur, əziz millətimizə verdiyimiz sözləri bir-bir yerinə yetiririk" - deyə F.Altun bildirib.

Избранный
13
teleqraf.com

1Источники