RU

“Space X” ə məxsus raket partladı - Video

ABŞ-ın Texas ştatında keçirilən statik yanğın sınaqları zamanı “SpaceX” şirkətinə məxsus “Starşip” raketi partlayıb. Hadisə zamanı ətraf ərazi parlaq alova bürünüb, göyə nəhəng tüstü qalxıb.

Axar.az xəbər verir ki, ilkin ehtimallara görə, insidentin səbəbi raketin ikinci mərhələsində yerləşən sürətləndiricidə baş vermiş yanacaq sızması ola bilər.

Qeyd edək ki, bu, “Starşip” raketinin ilk insidenti deyil. 2025-ci ilin yanvar ayında da raket Texasdan həyata keçirilən sınaq buraxılışı zamanı Karib dənizi üzərində partlamışdı.

Hadisə ilə bağlı “SpaceX” şirkəti hələlik rəsmi açıqlama yaymayıb. İnsidentin səbəbləri araşdırılır.

Избранный
2
19
axar.az

10Источники