RU

Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Kanada xarici işlər naziri həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

C.Bayramov, öz növbəsində, Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
3
46
far.az

10Источники