RU

İsrailin İrana hücumunun açıqlanmayan 4 səbəbi – ŞOK DETALLAR 

  İranın nüvə silahı əldə etmək planı haqda iddialar dünya miqyasında ciddi narahatlığa səbəb olub. İran Fars və Oman körfəzi ilə yanaşı, Hörmüz boğazı üzərində tam nəzarətə malikdir ki, bu ərazilər dünya neft və qaz ticarətinin əsas qapısı hesab olunur.

Tarixə baxdıqda, 1991-ci ildə İraqın işğalı zamanı Səddam Hüseynin qadağan olunmuş kütləvi qırğın silahları hazırladığı iddiaları işğal üçün bəhanə kimi istifadə olunmuşdu. Bu hadisə hazırda İranla bağlı vəziyyətlə tez-tez müqayisə edilir. Mütəxəssislər hesab edir ki, ABŞ və müttəfiqləri İrana qarşı da oxşar strategiya tətbiq edir.

Əgər İran ABŞ–İsrail ikilisinin tam nəzarətinə keçərsə, regionda güc balansı ciddi şəkildə dəyişə, dünya enerji bazarları risk altına düşə bilər və regional siyasi-sosial gərginliklər artar. Bu baxımdan, nüvə proqramı bəhanə olmaqla yanaşı, əsas məqsədin İranın zəngin enerji ehtiyatlarını və strateji mövqeyini idarə etmək olduğu iddiaları daha çox səslənir.

ABŞ və İsrailin İrana qarşı sərt mövqeyi həqiqətən təhlükəsizlik narahatlığından irəli gəlir, yoxsa regiondakı karbohidrogen ehtiyatlarına və strateji ticarət marşrutlarına nəzarəti ələ keçirmək məqsədi güdür?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, ABŞ və İsrailin İrana qarşı sərt mövqeyi ilk növbədə təhlükəsizlik narahatlığından qaynaqlanır, amma bu, məsələnin yalnız bir tərəfidir:

“Əslində, regiondakı karbohidrogen ehtiyatları və strateji ticarət marşrutları da bu münasibətlərin formalaşmasında əsas rol oynayır. İranın yerləşdiyi coğrafi mövqe ona dünya enerji bazarlarında böyük təsir imkanları verir. Hörmüz boğazı kimi strateji keçidlər üzərində tam nəzarət onun gücünü artırır. Bu isə ABŞ və müttəfiqləri üçün qəbulolunmazdır.

Tarixi təcrübələr göstərir ki, ABŞ regionda öz maraqlarını qorumaq üçün hər zaman belə strategiyalar həyata keçirib. 1991-ci ildə İraqın işğalı zamanı Səddam Hüseynə qarşı irəli sürülən kütləvi qırğın silahları iddiaları bunun bariz nümunəsidir. İrana qarşı hazırda da eyni məntiqdə hərəkət edilir nüvə proqramı bəhanə, əsas məqsəd isə regiondakı geosiyasi və iqtisadi üstünlükləri əlində saxlamaqdır”.

Politoloq qeyd edib ki, İranın nüvə silahı əldə etmək istəyi, təbii olaraq, ABŞ və İsrail üçün real təhlükə kimi qiymətləndirilir:

Həmçinin oxuyun:
Yaxın Şərq qan gölünə çevrildi – Azərbaycanın seçimi nə olacaq?

“Amma bu təhlükənin kökündə enerji resurslarına və ticarət yollarına nəzarətin itirilməsi qorxusu dayanır. Buna görə də məsələyə həm təhlükəsizlik, həm də iqtisadi maraqlar prizmasından baxılmalıdır.

Nəticə etibarilə, ABŞ və İsrailin İrana münasibətində həm təhlükəsizlik, həm də strateji iqtisadi maraqlar bir-biri ilə sıx bağlıdır və bu iki amil onları daha sərt mövqedə durmağa məcbur edir”.

Siyasi şərhçi Asif Nərimanlı deyib ki, İranın nüvə silahı əldə etmək istəyi hazırkı müharibənin səbəblərindədir:

“Lakin əsas motiv bu deyil, nüvə məsələsi müharibəni legitimləşdirmək üçün bəhanə kimi istifadə olunur. İranın hədəf seçilməsində bir neçə məqsəd var. Bunlardan biri İsrailin təhlükəsizliyinin təmin olunmasıdır, çünki İran rejimi Yaxın Şərqdə proksi qüvvələrlə ciddi gücə çevrilib.

Eyni zamanda, Yaxın Şərqdə müstəqil kürd dövlətinin yaradılması planı da bu prosesdə qüvvətləndirici amillərdən biridir və bu, İranın parçalanması ssenarisini aktuallaşdırır.

Asif0nerimanli 3 900x600 1
Asif Nərimanlı

Bu ssenari əvvəllər də mövcud olub, lakin hazırkı müharibədə prioritet hədəf deyil. İndiki əsas məqsəd İran rejimini dəyişdirməkdir. İsrailin buna nail olub-olmayacağı sual altındadır. Rejim dəyişərsə, İranda daha loyal və ABŞ-İsrailə yaxın hakimiyyət qurulacaq.

Bu halda İranın enerji resursları və iqtisadi-ticarət potensialı da onların nəzarətinə keçəcək. Rejim dəyişdikdən sonra İranda federallaşma və milli azlıqların hüquqlarının ön plana çıxacağı da gözlənilir”.


Избранный
6
referans.az

1Источники