Klimaks və ya menopauza – insan həyatında fiziolojı dövrdür.
Qadında menstruasiyanın (aybaşı) ardıcıl olaraq 12 ay olmamasına deyilir. ÜST təsnİfatına görə bu proses üç dövrə bölünür:
Premenopauza – İlk simptomlardan menopauzaya qədər olan dövrü əhatə edir. Yumurtalıqlarda follikulların fəaliyyəti yavaşlayır. Tsikllər qeyrimüntəzəm olur. Bu proses bir neçə ay və ya il davam edə bilər.
Menopauza – Bu, qadınlarda menstrual tsiklin (aybaşı) ardıcıl 12 ay olmamasına deyilir.
Postmenopauza – Menopauzadan qocalığa qədər olan 6-8 illik dövrü əhatə edir.
Menopauzanın səbəbləri klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonlarının (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.
Menopauzanın başlaması üçün orta yaş 51 yaşdır. Bəzi qadınlarda bu 40-45 yaşlara da təsadüf edə bilər. Belə hallara erkən menopauza deyilir. Əgər menopauza 40 yaşa qədər başlayırsa, bu vaxtından tez başlayan menopauzadır.
Demedia.az Ginekoloq Leyla Məmmədli "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.
Əzizzadə Məleykə / Demedia.az