Mixaylo Mudrikin cəzası təsdiqlənmək üzrədir.
Msport.az xəbər verir ki, dopinq şübhəsi ilə bir ildir futbol oynamayan ukraynalının günahkar olduğu dəqiqləşib.
Testi müsbət nəticə verən hücumçunun durumu hələ də araşdırılır. Lakin İngiltərə mətbuatına ilkin bilgilər sızıb. Tezliklə “Çelsi”nin futbolçusu rəsmən 4 illik diskvalifikasiya ilə üzləşəcək.
Bu o deməkdir ki, millimizin rəqibi olan Ukrayna yığmasının üzvü daha 3 il yaşıl meydanlara ayaq basa bilməyəcək.