RU

Avropalı nazirlər iyunun 20-də Cenevrədə İranla nüvə danışıqları aparacaq

Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri Cenevrədə İranın xarici işlər naziri ilə nüvə mövzusunda danışıqlar aparmaq niyyətindədirlər.
 
Bu barədə "Reuters" mənbəsinə istinadən məlumat yayıb.
 
Məlumata görə, nazirlər əvvəlcə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə Almaniyanın Cenevrədəki daimi nümayəndəliyində görüşəcək, daha sonra isə İran xarici işlər naziri ilə birgə iclas keçirəcəklər.
 
Qeyd edək ki, Avropa tərəfinin təşəbbüsü Yaxın Şərqdə böhranın dərinləşməsinə dair narahatlıqlara görə yaranıb.
Избранный
17
1
moderator.az

4Источники